"Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş siyasi partiyaların böyük əksəriyyəti 2014-cü il üzrə illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim ediblər". SİA-nın xəbərinə görə, bu fikirləri MSK-nın sədr müavini Natiq Məmmədov bu gün qurumun inzibati binasında təşkil edilmiş siyasi partiyaların maliyyə hesabatlarına həsr olunan seminarda deyib.
Natiq Məmmədov qeyd edib ki, 51 siyasi partiya öz fəaliyyəti haqqında illik maliyyə hesabatlarını MSK-ya təqdim edib və bu barədə MSK-nın saytında məlumat yerləşdirilib: "Yerdə qalan digər partiyaların da yaxın günlərdə öz maliyyə hesabatlarını MSK-ya təqdim edəcəklərini düşünürük".
Azərbaycanda 55 siyasi partiya rəsmi qeydiyyatdan keçib. İllik maliyyə hesabatını MSK-ya təqdim etməyən partiyalar isə bunlardır. Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyası.
İntizazrə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB