Mais Səfərli: “Yurddaş” partiyası iqtidaryönlü partiyalarla əməkdaşlıq edir" MÜNASİBƏT
"Müxalifət partiyaları blok və birliklər şəkillndə parlament seçkilərinə hazırlaşdıqlarını bəyan edirlər. Lakin ötən seçklərdə olduğu kimi, bu dəfə də partiyaların yeni koalisiya və birliklərdə iştirakı onların seçki uğurlarını reallaşdıra bilməyəcəyini onlar arasında baş qaldıran ziddiyyətlərlə də müəyyən etmək mümkündür". "Yurddaş" Partiyasının sədri Mais Səfərli SİA-ya açıqlamasında bildirib ki, bu gün müxalifət partiyaları elə acınacaqlı bir durumdadırlar ki, onlar hansısa koalisiya yaratsalarda onların sonda nəticələrə heç bir təsir göstərən deyil.
"Müxalifət düşərgəsini təmsil edən şəxslər olduqları ağır vəziyyətdən daha da pis durumda düşəcəkdir. Yəni ölkədə keçiriləcək olan parlament seçkilərində müxalifət düşərgəsini təmsil edən şəxslər çox az səs toplayacaqlar. Çünki müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur. Belə olan halda onların nə isə bir uğur qazanması necə real ola bilər", deyə partiya sədri bildirib.
M.Səfərli əslində, ənənəvi müxalifətin qeyri-legitim olduğunu deyib: "Bu partiyalar müxalifət adı ilə çıxış etsələr belə gərçəklikdə qeyri-ligitim müxalifət sayılır. Birmənalı şəkildə müxalifət qüvvələrinin sosial dayağı yox dərəcəsindədir. Hər zaman müxalifət partiyalarında təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən çıxışlar etməklə boş-boş xəyalalra dalır. Təbii ki, onların qurduğları xəyallarda sonda uğursuzluğla bitir".
"Yurddaş" sədri bu kimi müxalifət partiyalarla iş birliyinə getməyəcəyini deyib və vurğulayıb ki, onun rəhbəri olduğu siyasi təşkilat yalnız dövlətçiliyi dəstəkləyən təşkilatlarla iş birliyində olacaq: "Biz "Yurddaş" partiyası olaraq Cənab Prezident İlham Əliyevi dəstəkləyən partiyalarla əməkdaşlıq edirik və edəcəyik də"
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB