Elçin Mirzəbəyli: “Hadisəyə verilən qiymət Prezidentin apardığı siyasətin davamı kimi xarakterizə edilməlidir” MÜNASİBƏT

Elçin Mirzəbəyli: “Hadisəyə verilən qiymət Prezidentin apardığı siyasətin davamı kimi xarakterizə edilməlidir” MÜNASİBƏT
"Cənab Prezident hər zaman jurnalistlərin problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Hazırkı vəziyyətdə də ölkə başçısının verdiyi reaksiya təbii qəbul olunmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli qeyd edib ki, Cənab Prezident təkcə jurnalistlərə aid məsələlərə deyil, həmçinin ölkədə baş verən bütün məsələlərə həmən münasibət bildirib: "Ölkə Prezidenti bütövlükdə Azərbaycanda azad sözün, azad fikrin olmasında maraqlı olub və hər zaman mətbuatın inkişafına diqqətlə yanaşıb. Hadisəyə də verilən qiymət bu siyasətin davamı kimi xarakterizə edilməlidir. Baş verən hadisə olduqca üzücü olsa da, təəssüf ki, bu hadisəni siyasiləşdirməyə cəhd göstərən insanlar var. Bu insanlar tamamilə yalnışlığa yol verirlər. Törədilmiş cinayət əməlindən həm Azərbaycan mətbuatı, həm də Azərbaycan vətəndaşları müəyyən nəticə çıxarmalıdırlar. Belə ki, hər bir yazdığımız fikrin, sözün, ifadənin əhəmiyyətini anlamalıyıq. Kimliyindən asılı olmayaraq insan şəxsiyyətinə sayğı ilə yanaşılmalıdır. Cinayətkara isə heç bir formada haq qazandırmaq olmaz. Düşünürəm ki, qanlı olay media ilə cəmiyyət müstəvisində bir sıra məsələlərin müzakirəsinə zəmin yarada bilər".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə