Əbülfəz Qurbanlı Tural Abbaslının təklifini RƏDD ETDİ

“Seçkilərdə iştirak etməyəcəyəm”
Əbülfəz Qurbanlı Tural Abbaslının təklifini RƏDD ETDİ
"Hələlik onu demək istərdim ki, seçkilərə qatılmaq fikrim yoxdur". Bu fikirləri SİA-ya AXCP sədri Əli Kərimlinin sabiq müavini, partiyadan istefa vermiş Əbülfəz Qurbanlı Müsavat üzvü Tural Abbaslının yaratdığı "Ağ Blok"dan seçkilərə qatılacağı ilə bağlı mətbuatda gedən informasiyalara münasibət bildirərkən deyib.

Əli Kərimlinin sabiq müavini həmçinin AXCP ilə heç bir əlaqəsi olmadığını və buna görə də partiyada baş verən hadisələrə aid fikir bildirmək istəmədiyini də deyib: "AXCP ilə bağlı fikir bildirə bilməyəcəyəm. Düzdür, sizin suala cavab verməli olduğumu bilirəm. Lakin hələlik heç bir münasibət bildirmək istəməzdim. Vaxı çatanda hər şeyi açıqlayacağam".

Xatırladaq ki, bir müddət öncə Müsvatın narazılar kəsimində yer alan sabiq Divan üzvü və başqanlığa namizəd olmuş Tural Abbaslı təsis etdiyi "Ağ Blok"da müxalifətin digər cinahında olan şəxslərin də yer alacağını, o cümlədən, Əbülfəz Qurbanlının da həmin təşkilatda təmsil olunacağını demişdi. Lakin göründüyü kimi, AXCP-nin sabiq sədr müavini bununla Tural Abbaslıya konkret "yox" cavabnı verdiyini hazırkı açıqlaması ilə sübuta yetirmiş olub.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə