Elçin Mirzəbəyli: “Qərarları Ali Məclis verəcək” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Qərarları Ali Məclis verəcək” AÇIQLAMA

"Seçkilərlə bağlı bütün məsələlər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisinin səlahiyyətindədir". Bu açıqlamanı SİA-ya BAXCP-nın sədr müavini Elçin Mirzəbəyli təmsil etdiyi partiyanın seçkilərə hazırlığı ilə bağlı danışarkən deyib.

Digər partiyalar kimi BAXCP də seçkilərə start verilməsini gözləyir: "Əslində seçkilərə hazırlıq prosesi çoxdan başlayıb. Partiya bir seçkini başa vurduqdan sonra digər bir seçkiyə hazırlıq mərhələsinə başlayır. Bu baxımdan da uzun müddətdir ki, partiyada seçki hazırlığı gedir".

Seçkilərə nə qədər namizəd veriləcəyi haqqında isə sədr müavini heç bir məlumatın olmadığını açıqlayıb: "Hələ ki, seçkilərə hazırlıq prosesi gedir. Bu barədə qərarı Ali Məclis verəcək. Seçkilərdə iştirak edən partiyaların namizədlər irəli sürülməsində müəyyən bir hədd var. Həddən artıq namizəd iştirak edə bilməz. Amma bütün hallarda əsas qərarları Ali Məclis veriləcək".

Digər partiyalarda gedən seçki prosesinə münasibət bildirən Elçin Mirzəbəyli bildirib ki, başqa partiyalarda baş verən hadisələr onu maraqlandırmır. Onun sözlərinə görə, BAXCP-də heç bir problem yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə