"Partiyada seçkidə iştirak etməyə elə də ciddi maraq yoxdur". Bu sözləri SİA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu açıqlamaslnda deyib.
ADP-nin qarşıdan gələn parlament seçkilərindəki iştirakından danışan S. Cəlaloğlu bildirib ki, partiya üzvləri arasında ruhdan düşmə halları yaranıb: "Uzun illərdir ki, seçkilərə qatılırıq. Lakin bu uzun müddətli nailiyyətsizlik partiya üzvlərini ruhdan salıb".
ADP sədri bəzi partiya namizədlərinin seçkiyə qatılmayacağı və seçkiləri boykot edəcəyi ilə bağlı gəzən söz-söhbətlərə də münasibət bildirib: "Bəzən ideoloji cəhətdən kifayət qədər hazır olmayan insanlar ictimai maraqları fərdi maraqlara qurban verirlər. Həmin insanlar partiya qərarlarına məhəl qoymayıb, şəxsi maraqlarını müdafiə edənlərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB