"İnzibati orqanlar məsələyə qarışana qədər Leyla Yunusun nə ilə məşğul olduğunu yalnız qeyri-hökümət təşkilatları və tədbirlərdə iştirak edənlər bilirdi. Mən bir hüquq müdafiəçisi kimi dəfələrlə demişdim ki, bu insanların fəaliyyəti tamamilə qanunsuzdur və dövlətə, dövlətçiliyə xidmət edən bütün parametrlər Leyla və Arif Yunusovlara yaddır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.
Millət vəkili qeyd edib ki, bu insanlar sadəcə öz maraqları, şəxsi mənafeləri üçün çalışıblar: "Məhkəmə prosesini izlədim. Orada şahidlərin açıqlamaları bütün gizlin məqamları aşkara çıxardı. Ermənistanın nümayəndə heyətinin Azərbaycan tərəfinə telefon nömrəsi verməsi və əlaqələrin məhz bunun vasitəsilə qurulması, işğalçı ölkəyə tədbirlərə qatılmaq adı altında insanların göndərilməsi, pul köçürmələrinin bank nümayəndələri tərəfindən faktiki açıqlamaları onu göstərir ki, bizim bu zamana qədər dediklərimiz hamısı sübuta yetirildi. İndi cəmiyyət yalnız bu əməlləri qınayır. Çünki biz ayrı-ayrı təşkilatların üzvü ola bilərik, müxtəlif cür fikirləşə bilərik, iqtidar-müxalifət münasibətlərində də müxalifətin normal düşüncələrini qəbul edə bilərik. Amma Azərbaycan vətəndaşı olaraq dövlətə, dövlətçiliyə qarşı fəaliyyət göstərə bilmərik. Bu, heç kimə başucalığı gətirməz. Təbii ki, bu məsələdə Leyla Yunus yalnız və yalnız qınaq obyektidir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB