"Azərbaycan Xalq Cəbhəsi Partiyasının növbəti dəfə keçiriləcək qurultayı da bir neçə nəfərdən ibarət bir siyasi təşkilat ətrafında şou yaratmaqdan başqa bir şey deyil". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
BAXCP-nin sədr müavinin sözlərinə görə, prinsip etibarilə Əli Kərimlinin yanında bu gün ölkənin siyasi səhnəsində tanınan heç bir kəs qalmayıb: "Onun avtoritar idarəçiliyi yalnız ətrafında bir neçə nəfər zombidən başqa kiminsə qalmasına imkan vermir. Təbii ki, bu da zombilərin növbəti qurultayı olacaq. Orada avtoritar qərarlar, absurd iddialar irəli sürüləcək. Bu kiçik qrupun keçirəcəyi hər hansı bir tədbir prinsip etibarilə Azərbaycanın siyasi arenasına təsir etmək imkanında deyil. Çünki təsir etmək imkanı bu günə qədər olmayıb və bundan sonra da olması mümkün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB