Aydın Quliyev: “Boykot çağırışlarından narahat olmağa dəyməz” AÇIQLAMA
"Boykot taktikası Azərbaycan siyasətində artıq çoxdandan köhnəlib". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Əli Kərimlinin parlament seçkilərini boykot etməsi çağırışına münasibət bildirərkən deyib.
Baş redaktor bildirib ki, 1990-cı illərin ortalarında müxalifətin baykot çağırışlarının müəyyən effektivliyindən danışmaq olardı: "Amma indi boykot taktikasını işlədən müxalifət hədsiz dərəcədə zəifdir və hətta yox dərəcəsindədir. Bu gün Azərbaycan hakimiyyəti çox güclüdür və onun böyük seçki elektoratı var. Hətta beynəlxalq təşkilatlar bir çox məsələlərdə Azərbaycanla razılaşırlar. Belə olan məqamda boykot çağırışını bir taktika kimi gündəmə gətirmək mənasız və təsirsizdir. Bu mənada hesab edirəm ki, boykot çağırışlarından narahat olmağa dəyməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB