YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının növbəti yığıncağı keçirilib
Bu gün YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının növbəti yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir YAP Şəmkir rayon təşkilatı Aparatı binasının akt zalında keçirilib.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri F.Vəliyev, YAP Şəmkir rayon Qadınlar Şurasının sədri Nüşabə Seyidova, YAP Qadınlar Şurası və İdarə Heyətinin üzvləri, rayonun idarə, müəssisə və təşkilatlarından olan fəal qadınlar iştirak ediblər.
İclasın gündəliyində 2015-ci ilin noyabr ayında Azərbaycan Respublikasında keçirləcək Parlament seçkilərinə hazırlıqla əlaqədar olaraq YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının rolu məsələsi durub.
İlk öncə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev gündəlikdə duran məsələ barədə geniş məlumat verib və qeyd edib ki, Müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi partiyamızın fəaliyyətinin bələdçisidir. YAP yarandığı gündən tutduğu yola sadiqlik nümayiş etdirməklə milyonların dəstəyini qazanıb. Yeni Azərbaycan Partiyası daim inkişafa, yeniliyə maraq göstərib, fəaliyyətinin önündə dövlətə, xalqa xidmət əsas yer tutur. Dövlətimizin daha da qüdrətlənməsi, insanların daha da yaxşı yaşaması üçün səylərini artıran partiyanın gələcəyinə inam böyükdür. Yeni Azərbaycan Partiyası bütün seçki proseslərinə yeni şüarla qatılır, davamlı inkişafın prioritet məsələ olduğunu devizində əks etdirir. Ölkədə keçirilən butün seçki proseslərindən qələbə ilə çıxan YAP-ın qarşıdan gələn parlament seçkilərində də uğur qazanacağı şəksizdir. Azərbaycanın bugünkü reallıqları, Prezident İlham Əliyevin gördüyü işlər bu qələbəyə böyük əsas yaradır. Lakin hər zaman olduğu kimi, bu seçki prosesində də partiya özündə arxayınlıq yaratmayaraq, hazırlıq işlərini yüksək səviyyədə həyata keçirməyə çalışır. Nəzərə alsaq ki, hazırlıq işlərinin yüksək təşkili qələbə üçün uğurlu başlanğıcdır, bu halda səylərin daha da artırılması mütləqdir.
Çıxış edən YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının sədri Nüşabə Seyidova bildirib ki, şübhəsiz bu gün Azərbaycan cəmiyyətindəki yeniliklərin mütərəqqi xarakteri qadınların yaşam tərzinə, məqsədlərinə, ümumilikdə prinsiplərinə təsirsiz keçmir. Cəmiyyətdə böyük nüfuza, mövqeyə malik olan qadınlarımız bu gün dövlətin hərtərəfli inkişafı və tərəqqisi prosesinə ürəklə dayaq olurlar. Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikada bərqərar olan demokratik mühit və iqtisadi inkişaf ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Əminliklə demək olar ki, bu siyasət daimi və dönməz səciyyə daşımaqla, bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcəkdir. YAP-ın ilbəil güclənməsi, sıralarını artırması onun tərkibində qadınların rolunu da gücləndirir. Hakim partiyanın üzvü olan qadınlar idarəetmə orqanlarında, elm, təhsil, mədəniyyət müəssisələrində öncül sıralarda təmsil olunur, ölkəmizin inkişafına layiqli töhfələrini verirlər. Hazırda partiya üzvlərinin 47 faizini qadınlar təşkil edir. Qürurla deyə bilərik ki, 2010-cu ildə keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, YAP-ı Milli Məclisdə təmsil edən xanım deputatların sayı əvvəlki dövrdəki 7 nəfərdən 15 nəfərə yüksəlmişdir.
Sonra çıxış edən YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının üzvü Rəfiqə Mürsəlova bildirdi ki, YAP Qadınlar Şurasının partiya fəaliyyətinin uğurla həyata keçirilməsində özünəməxsus yeri və rolu vardır. YAP Qadınlar Şurası seçki kampaniyalarının uğurla aparılmasında və partiya həyatı ilə bağlı digər tədbirlərdə daim yüksək fəallıq göstərir. Qadınların seçkili orqanlarda təmsilçiliyinin yüksəlməsi, ümumilikdə, zərif cinsin nümayəndələrinin son seçkilərdə aktiv iştirakı da məhz aparılan geniş təbliğat və maarifləndirmə işlərinin nəticəsi sayılmalıdır.
R.Mürsəlova qeyd etdi xüsusi vurğulamaq istərdim ki, Azərbaycanın birinci xanımı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın YAP-ın V qurultayında partiya sədrinin müavini seçilməsi bütövlükdə Azərbaycan qadınlarında böyük ruh yüksəkliyi doğurmuşdur.
Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının üzvü İlhamə İbrahimova çıxışında bildirdi ki, Azərbaycan bu gün tamamilə fərqli bir inkişaf yolundadır. Bu yol öz həyatiliyini, nicat, tərəqqi, ümid yolu olduğunu Yeni Azərbaycan Partiyasının hakimiyyətdəki son 22 ili ərzində bir daha təsdiqləyir. Heydər Əliyev yolu ilə irəliləyən Azərbaycan inanılmaz uğurları ilə dünyanı heyrətləndirir, məqsədlərinə doğru inamla yol alır. Son Prezident seçkilərinin nəticələri də təsdiqləyir ki, ölkə vətəndaşları mövcud iqtisadi kursun davam etdirilməsini ölkənin davamlı və sabit inkişafının alternativsiz yolu hesab edir.
İ.İbrahimova qeyd etdi ki, Ümumilikdə, ötən dövrün təhlili, bu qənaətə gəlməyə əsas verir ki, Ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır.
Sonda çıxış edənlər, YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurası sədrinin müavini Qətibə Məmmədova, YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının üzvləri Fəridə Cəfərova, Sahibə Əmiraslanova, Validə Şükürova qeyd etdilər ki, YAP-ın özünəməxsus rolu olduğunu görməmək qeyri-mümkündür.Yeni Azərbaycan Partiyasının qələbələr partiyası imicini daha da möhkəmləndirmək, uğur səhifələrimizə yenilərini artırmaqdır. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, " Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının bir parçasıdır. Bütün Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün bizim partiyamız əlindən gələni əsirgəmir və biz bundan sonra da bunu edəcəyik ". Biz inanırıq ki, Yeni Azərbaycan Partiyası Parlament seçkilərində növbəti qələbəsini təmin etməklə qarşıdakı illər üçün nəzərdə tutulan hədəflərin gerçəkləşdirilməsinə dəstək olacaq. Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB