Hafiz Hacıyev: “Mənim bir sifətim var, onlar kimi yüz sifətim yoxdur” AÇIQLAMA

Hafiz Hacıyev: “Mənim bir sifətim var, onlar kimi yüz sifətim yoxdur” AÇIQLAMA

"Ümumiyyətlə "siyasilər" arasında hər kəs məni özlərinə rəqib görür". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev AXCP-nin, Müsavatın və xüsusilə Sərdar Cəlaloğlunun hədəfinə tuş gəlməsinə münasibət bildirərkən deyib.

MMP sədrinin sözlərinə görə, onlar hərtərəfli çalışırlar ki, fiziki terror göstərsinlər: "Bunların məqsədi odur ki, ölkədə dövləti müdafiə edən insan qalmasın. Onlar görürlər ki, ideoloji mübarizənin başında dayanan Hafiz Hacıyevə heç kim təsir edə bilməz. Ona görə də mənə qarşı çox aqressiv şəkildə fikirlər bildirirlər, məni təhqir edirlər və s. Təbii ki, onların dövlət çevrilişi etmələri mümkün olan məsələ deyil. Mənim bir sifətim var, onlar kimi yüz sifətim yoxdur. Bu insanlar küçədə dayanan "fahişələr" kimi yüz cildə girirlər. Məhz buna görə də onların heç vaxt hörməti olmayıb ola da bilməz. Mən Qəmbərov İsa kimi avaranı vurub siyasi səhnədən çıxardım, eləcə də Cəmil Həsənov kimi qocanın qızının erməniyə ərə getməsini açıb ortaya qoydum. İndi də onlar parlament seçkiləri ərəfəsində məni özlərinə rəqib görürlər".

Bütün xəbərlər Facebook səhifəmizdə