Novruz Məmmədov: “Sərhəddə baş verənlər Türkiyəyə mənfi təsir göstərir” AÇIQLAMA
"Türkiyənin Suriya ilə birbaşa sərhədləri var və onunla qonşudur. Yəni, Türkiyə Suriya böhranına qoşulmasa da, bundan təsirlənir". Bunu Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyə sərhəddində "İŞİD"çilərlə türk əsgərləri arasındakı atışmalarla bağlı "SƏS" TV-nin əməkdaşının sualını cavablandırarkən deyib.
PA rəsmisinin sözlərinə görə, sərhəddə baş verən proseslərin hər biri demək olar ki, Türkiyənin "qulağının dibində" cərəyan edir: "Düşünürəm ki, Türkiyə hökumətinin bu addımı atması tamamilə normal bir haldır. Çünki baş verənlərin Türkiyənin özünün təhlükəsizliyinə, sabitliyinə və s. mənfi təsiri vardır. Hətta vəziyyət o yerə çatıb ki, onlar Türkiyənin bir zabitini də sərhədə yaxın yerdə hansısa bir formada öldürüblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB