Oqtay Əsədov Gürcüstana gedir

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Tbilisidə keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etmək üçün iyulun 26-da Gürcüstanın paytaxtına səfərə yola düşəcək. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində Azərbaycan parlamenti sədrinin tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir. Festival günlərində Oqtay Əsədovun Atletlər Kəndinə getməsi və 13-cü Avropa Gənclər Olimpiya Festivalında iştirak edən Azərbaycan idmançıları ilə görüşməsi də nəzərdə tutulur.

Səfər iyulun 27-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə