Elşən Musayev: “Avropalılar Azərbaycan müxalifətinə qarşı eyni münasibət sərgiləyir” AÇIQLAMA

Elşən Musayev: “Avropalılar Azərbaycan müxalifətinə qarşı eyni münasibət sərgiləyir” AÇIQLAMA

"Nəinki Avropa İttifaqı rəsmisi, ümumiyyətlə bütün dünya Azərbaycanın iqtidarı ilə müxalifəti arasındakı fərqi görür. Onlar həmçinin görürlər ki, onların siyasi gücü hansı həddədir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.

O qeyd edib ki, Avropanın mötəbər qurumlarının Azərbaycan müxalifətini saymaması ilk dəfə deyil. Bundan öncə də belə hallar tez- tez olub. Özünə hörmət göstərən avropalılar iftira maşını olan müxalifətə eyni münasibət göstərirlər: "Seçkidəki nəticələrin fərqləri və xalqın həmin qüvvələrə olan münasibəti göz önündədir. Bu ilk hal deyil, biz artıq bu mənzərəyə də öyrəşmişik. Onlara həmişə Avropa bu cür münasibət göstərir. Müxalifət ən çox Azərbaycanın iqtidarından narazılıq edirlər. Amma onları adam yerinə qoyan elə Azərbaycan iqtidarıdır. İqtidar bu güb onları dialoqa çağırır, həmsöhbət olmağa çalışırlar və bu qədər demokratik təzahüratlara yol açırlar. Avropa İttifaqı rəsminin Azərbaycan müxalifətinə qarşı saymazyana münasibətinə gəldikdə isə, bu gün ölkə müxalifətini radikal olaraq təmsil edən insanlar artıq siyasətin deyil, söyüşün, təhqirin və şantajın rəmzləridir. Artıq elə bir dönəmə gəlmişik ki, metr –metr, dairə - dairə, nöqtə - nöqtə dünyanın Azərbaycandan xəbəri var. Onlar bu gün radikal müxalifəti təmsil edən tək təsmilçi Əli Kərimli və onun Azadlıq adında iftira maşınını çox gözəl tanıyırlar. Hesab edirəm ki, özünə hörmət qoyan bütün Avropalılar Azərbaycan müxalifətinə qarşı eyni münasibət sərgiləyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə