Aytən Mustafayeva: “Həmsədrlər ezamiyyət pullarını xərcləməklə məşğuldur” AÇIQLAMA

Aytən Mustafayeva: “Həmsədrlər ezamiyyət pullarını xərcləməklə məşğuldur” AÇIQLAMA

"Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlikin (ABŞ), İqor Popovun (Rusiya), Jak Forun (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin regiona səfərinin heç bir əhəmiyyətini görmürəm". Bunu SİA-ya millət vəkili Aytən Mustafayeva deyib.

Millət vəkilinin sözlərinə görə, həmsədrlərin səfərində hansısa irəliləyiş olacağına heç bir ümid bəsləmək olmaz: "Minsk qrupu formal qurumdur. Onlar hələ də ezamiyyət pullarını xərcləməklə məşğuldurlar. Biz neçə illərdir görürük ki, Minsk qrupunun fəaliyyətində heç bir effektli irəliləyiş yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində (ikitərəfli münasibətlərin inkişafına yönəlmiş səylər) xeyli iş görür. Hesab edirəm ki, bu səylərin nəticəsində ABŞ, Rusiya və Fransanın dövlət başçılarının siyasi iradəsi olarsa, bu zaman münaqişənin həll olunması istiqamətində hansısa nəticəyə nail olmaq olar".

Bütün xəbərlər Facebook səhifəmizdə