Milli Mətbuatın yaranmasının 140 illiyi qeyd olunur

Milli Mətbuatın yaranmasının 140 illiyi qeyd olunur
Bu gün "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Milli mətbuatının yaranmasının 140 illik yubileyi, eyni zamanda mətbuat günü münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilir. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak edirlər. Qeyd edək ki, tədbirin sonunda Fondun Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə