AGAT jurnalistləri təbrik edib

Bu gün Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 22 iyul Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə jurnalistlərlə görüşüb. SİA-nın məlumatına görə, AGAT nəzdində fəaliyyət göstərən Etika Akademiyasında təşkil edilən görüşdə Etika Akademiyasının rəhbəri Günel İbrahim, AGAT-ın sədr müavini Nərgiz Xələf və medianın tanınmış üzvləri iştirak ediblər.

N. Xələf Azərbaycan jurnalistikasının tarixindən və bu günündən danışaraq mətbuatın keçdiyi inkişaf yollarını sadalayıb. O qeyd edib ki, mətbuatımızın tarixi yaşı çox da qədim olmasa da, gördüyü işlər bu gün tarixə düşəcək qədər böyük və şərəflidir: "Təbii ki, mətbuatımız heç də birdən-birə bu günkü inkişaf yolunu tapmayıb. Bu peşədə illərini verənlər var ki, onlar şərəfli yol keçiblər. Mətbuata bu gün dövlət qayğısı çox böyükdür. Bunu ölkə başçımız simasında daha aydın hiss etmək olar. Bu yaxınlarda onun təltif etdiyi fəxri adlara layiq görülən mətbuat nümayəndələri var ki, məncə onlar da mənimlə razıdır. Fürsətdən istifadə edib, onları da təbrik edirəm".

Sədr müavini əlavə edib ki, AGAT olaraq, biz də hər zaman mətbuatla əməkdaşlığa önəm vermişik: "Hər bir mətbuat nümayəndəsinə təşəkkürümüzü bildiririk ki, onlar hər zaman bizə dəstək olublar".

Daha sonra isə bir qrup jurnalist AGAT-ın fəxri fərmanı ilə təltif edilib. Fəxri fərmana layiq görülənlər arasında SƏS Media Qrupun əməkdaşları da olub.

Bütün xəbərlər Facebook səhifəmizdə