Nazir: “Sanksiyalar yenidən tətbiq edilməyəcək”

Nazir: “Sanksiyalar yenidən tətbiq edilməyəcək”

İran xarici işlər naziri Məhəmməd Zərif Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sanksiyaları yenidən bərpa etməyəcəyini ifadə edib. SİA-nın İranın rəsmi xəbər agentliyi "İRNA"ya istinadən verdiyi xəbərə görə, Məhəmməd Zərif ölkəsinin "5 + 1" ölkələri ilə keçən həftə əldə etdiyi razılaşma ilə bağlı məclisdə keçirilən açıq iclasda millət vəkillərinin suallarını cavablandırıb. Zərif, İran Məclisinin sədri Əli Laricaninin sanksiyaların yenidən tətbiqi ilə bağlı sualına cavab olaraq bunları deyib: "Sanksiyalar yenidən tətbiq edilməyəcək. Əlbəttə, biz 30 gün içində razılaşmadan imtina edə bilərik".

İran Xarici İşlər naziri qeyd edib ki, sadəcə 5+1 ölkələri deyil, İran da 30 gün müddətində razılaşmadan imtina etmək statusuna malikdir. Razılaşma müddətinin maksimum 10 il olduğunu dilə gətirən Zərif qeyd edib ki, on ildən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İranın nüvə proqramına nəzarəti başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə