Rauf Arifoğlu: "Mən şəxsən Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm".

Rauf Arifoğlu: "Mən şəxsən Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm".
"Prezident İlham Əliyevin Sərəncamını yüksək qiymətləndirirəm. Bu, olduqca nümunəvi addım idi". Bu fikirləri SİA-ya "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əməkdar jurnalist adına layiq görülməsinə münasibət bildirərkən deyib.

Baş redaktor qeyd edib ki, dövlət başçısının nümunəvi addımı milli mətbuatımıza göstərilən diqqət və qayğının təcəssümüdür: "Bu, həm də dünyaya bir nümayiş oldu. Prezidentin şəxsən media mənsublarına müküfat təqdim etməsi, onları qəbulunda dinləməsi hər kəsə nümunədir. Dünya ölkələri şahidi oldu ki, Azərbaycanda mediaya münasibət hansı çərçivədədir, azad sözə hörmətin səviyyəsi nə dərəcədə yüksəkdir. Azərbaycan dövləti qəzetlər arasında heç bir fərq qoymur, bütün mətbuata eyni yanaşır. Buna görə də mən şəxsən Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Təltif edilən həmkarlarımı isə təbrik edirəm".

Rauf Arifoğlu həmçinin müxalif düşərgəni təmsil edən bəzi şəxslərə irad da bildirdi: "Onlar da bizim sevincimizə şərik olsaydılar, yaxşı olardı: "Bu insanlar bəzi məqamları özlərinə ibrət götürməli, ad alan şəxslərə mənəvi cəhətdən dəstək verməlidirlər. Çünki biz olsaydıq, belə edərdik və edirik".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə