AKP və CHP arasında koalisiya qurulacaq?

AKP və CHP arasında koalisiya qurulacaq?

Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik və Cumhuriyət Xalq Partiyasının (CHP) sədr müavini Haluk Koç ölkədə keçirilən parlament seçkilərindən sonra koalisiya qurmaq üçün fikir mübadiləsi aparacaq. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, AKP sədri Əhməd Davudoğlunun CHP ilə aparılacaq fikir mübadiləsi çərçivəsində təyin etdiyi nümayəndəsi mədəniyyət və turizm naziri Ömər Çeliklə CHP sədr müavini Haluk Koç, bu gün Azərbaycan saatı ilə 13:00-da bir araya gələcək.

Qeyd edək ki, Polat və Koç koalisiyanın qurulması ilə bağlı fikir mübadiləsi aparacaq və ortaq maddələr üzərində danışılacaq. Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən hökuməti qurmaqla vəzifələndirilən AK Partiya sədri Əhməd Davudoğlu, iyulun 13-də CHP sədri Kamal Kılıçdaroğlu ilə bir araya gəlmişdi. Bu görüşün ardından koalisiya müddəti və çərçivəsinin müəyyənləşdirilməsi üçün AK Partiyadan Ömər Çelik, CHP-dən isə Haluk Koç vəzifələndirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə