“Hansı “İslam Dövləti”, hansı “xilafət”, ay səfeh oğulları?” İŞİD-DƏ ATAAT

“Hansı “İslam Dövləti”, hansı “xilafət”, ay səfeh oğulları?” İŞİD-DƏ ATAAT

"İslam Dövləti" (keçmiş adı İŞİD") terror təşkilatında baş verən qalmaqal böyüməkdədir. Belə ki, təşkilatın yardım vəqəflərindən birinə rəhbərlik edən terrorçu vəqfə aid olan 6 milyon dolları mənimsəyərək, qeyblərə qarışıb. SİA "haber.sol"a istinadən xəbər verir ki, dələduz terrorçu oradakı pulları mənmsəməkdən ötrü daha bir neçə terrorçu ilə əlbir olub.

Buna qədər "İslam Dövləti"ndə daha bir neçə bənzər hadisələr yaşanıb. Belə ki, ötən ay təşkilatın tanınmış səhra komandirlərindən biri olan Əmmar əl-Həddavinin təşkilata aid pulları, məxfi sənədləri götürərək, Türkiyəyə qaçdığı xəbəri yayılmışdı.

Lakin sürprizlər bununla da başa çatmayıb. Bundan sonra daha bir "İŞİD"-çi, "zəkat fondu" adlı təşkilatın rəhbəri Əbü Fatimə iztehzalı şəkildə "Hansı İslam Dövlətindən, hansı xilafətdən dəm vurursunuz, ay səfeh oğulları?" məktubunu yazaraq, 6 nəfər köməkçisi ilə bilinməyən yerə qaçıb.

Artıq, "İslam Dövləti" rəhbərliyinin onlarla bağlı axtarış və edam qərarı verdiyi də xəbərlər sırasındadır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə