"Beynəlxalq aləmdə böyük əks – səda doğuran və yüksək səviyyədə reallaşan "Bakı-2015" I Avropa oyunlarının uğurla başa çatması ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və "Bakı-2015" I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın yüksək təşkilatçılıq və gərgin əməklərinin nəticəsidir". Bunu SİA-ya "Azərişıq" ASC-nin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Nicat Müslümov deyib.
Onun sözlərinə görə, bu böyük zəfər bütövlükdə Azərbaycanın və bu işdə əməyi olan hər bir kəsin qələbəsidir: "Bu möhtəşəm qələbədən bütün xalqımız qürur duyur. I Avropa Oyunlarının uğurla keçirilməsində elektrik enerjisi təchizatının dayanıqlılığı və yüksək keyfiyyətli təminatı da xüsusi əhəmiyyət kəsb etdi. Oyunların keçirildiyi dövrdə, möhtəşəm açılış və bağlanış mərasimləri zamanı "Azərişıq"ASC əməkdaşlarının I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOS) personalları ilə birgə səmərəli fəaliyyəti nəticəsində idman tədbirləri keçiriləcəyi məkanların, bu tədbirlə bağlı sosial təyinatlı infrastrukturların, parkların, küçələrin,xüsusən də "Bakı Bulvarı"nın elektrik enerjisi ilə təchizatı yüksək səviyyədə təmin olundu. Bütün bunlar isə "Azərişıq" tərəfindən qısa müddət ərzində həyata keşirilən irimiqyaslı təxirəsalınmaz tədbirlərin və əməkdaşların gərgin əməyi nəticəsində mümkün oldu. Belə ki," I Avropa Oyunlarının uğurla keçirilməsi üçün "Azərişıq" ASC üzrə xüsusi tədbirlər planı hazırlanmış, bu sahədə xarici ölkələrdən gələn mütəxəssislərlə sıx əməkdaşlıq yaradılaraq konkret sxemlərlə həyata keçirilmişdi".
Nicat Müslümov bidlirib ki, hər bir əməkdaşla xüsusi hazırlıq işləri aparılıb, texniki personalın peşəkarlıq səviyyəsinin yüksəldilməsi və gözlənilməz hadisələrin operativ aradan qaldırılması məqsədilə proqramlaşdırılmış treninqlər həyata keçirilib, dəfələrlə yoxlama-sınaq işləri aparılıb, 24 saatlıq növbətçilik rejimi yaradılıb: "I Avropa Oyunlarının keçiriləcəyi bütün məkanların, xüsusən də Olimpiya Stadionunun, Heydər Əliyev adına İdman Kompleksinin, Gimnastika Mərkəzinin, Su İdman Sarayının, Atletlər kəndinin, Üzgüçülük Hovuzunun, idmançıların və qonaqların yerləşəcəyi çoxsaylı hotellərin, onların istirahəti üçün nəzərdə tutulmuş sosial təyinatlı obyektlərin, muzeylərin, İçərişəhər Dövlət Qoruğunun ərazisindəki infrastrukturların, parkların, küçələrin, fəvvarələrin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təhcizatı yüksək səviyyədə təmin olundu. Gecəsi də gündüzləri kimi nura qərq olan paytaxt Bakımız bu günlərdə, xüsusən də I Avropa Oyunlarının çox yüksək səviyyədə və təkrarı olmayan açılış və bağlanış mərasimlərində rəngarəng işıqlanma effekti ilə daha möhtəşəm və əzəmətli güründü, əbədi olaraq xatirələrdə qaldı. Ölkə vətəndaşlarının və bu tədbirlə əlaqədar paytaxtımıza gələn qonaqların müsahibələrindən göründüyü kimi onlar bu rəngarəng işıq görüntülərindən çox məmnun qaldılar. Bu uğurlar isə təkcə paytaxt Bakı ilə səciyələnmirdi".
O, əlavə edib ki, I Avropa Oyunlarının bir hissənin keçirildiyi Mingəçevir şəhərindəki idman obyektlərinin elektrik enerjisi təchizatı, habelə ölkəmizin ən ucqar nöqtələrində belə yaşayan vətəndaşlarımızın idman oyunlarını yüksək bayram əhval-ruhiyəsi ilə izləmələri energetiklərimiz tərəfindən təmin edildi: "I Avropa Oyunları sübut etdi ki, Azərbaycan hər cür kütləvi beynəlxalq tədbirlərin keçirilməsi üçün ən uğurlu məkanlardan biridir. İndi əminliklə demək olar ki, belə möhtəşəm tədbirlər ölkəmizin hər şəhər və qəsəbəsində reallaşdırıla bilər. Bu tədbirlər bir daha göstərdi ki, ölkəmiz elektrik enerjisi təchizatı ilə nəinki öz daxili ehtiyaclarını ödəyə bilir, hətta qonşu dövlətlərə də elektrik enerjisi ixrac etməyə qadirdir. Görülən işlər, alınan nəticə isə Azərbaycanın işıqlı gələcəyinə daha böyük ümidlər yaradır. Şükürlər olsun ki, çəkilən zəhmət öz bəhrəsini verdi. Ulu Öndərimiz Heydər Əliyevin - "Azərbaycan dünyaya günəş kim doğacaq" arzusu onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində çox böyük uğurla reallaşdırıldı".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



