Sumqayıtda anım mərasimi keçirilib

Sumqayıtda anım mərasimi keçirilib

Şəhidlik zirvəsinə yüksəlmiş Əhmədov Nəcəf Hikmət oğlunun Sumqayıt şəhər Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, anım mərasimində şəhidin yaxınları iştirak edib.

Şəhidlərin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib. Mərasimdə iştirak edənlər Vətən yolunda şəhid olanların qəhrəmanlıq nümunələrinin heç vaxt unudulmayacağını, onların bizim qəlbimizdə əbədi yaşayacağını, şəhid ailələrinin dövlətin qayğısı ilə əhatə olunduğunu, şəhidlərimizin qisaslarının mütləq alınacağını diqqətə çatdırıblar.

Qeyd edək ki, Nəcəf Əhmədov 1967-ci ildə anadan olub. Çaykənd, Ağdərə, Ağdam və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü il iyulun 16-da Ağdam uğrunda gedən döyüşlərdə isə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. (Sumqayıt.tv)

Bütün xəbərlər Facebook səhifəmizdə