Nazirlər sözlərinin üzərində dayanmadılar ETİRAZ

Nazirlər sözlərinin üzərində dayanmadılar ETİRAZ

Ermənistanın baş naziri Ovik Abraamyan və enerji və təbii resurslar naziri Yervand Zaxaryan "Nairit" kimyəvi zavodunun işçilərinə verdikləri vədləri yerinə yetirmədilər. SİA xəbər verir ki, bu barədə "azatutuyun" radiosu məlumat yayıb. Belə ki, məvaciblərini ala bilməyən zavod fəhlələri bununla bağlı etiraz aksiyası keçirərkən, hər iki nazir onların qarşısına çıxaraq, 1,5-2 il ərzində yığılmış maaşların iyulun 15-nə dək ödəniləcəyini söz vermişdilər.

Lakin onlar bu dəfə də vədərinə xilaf çıxaraq, xalqa yalan danışıblar. Məlum olub ki, verilən vəd yerinə yetirilməyəcək. Belə ki, "Nairit" zavodunun direktoru Ruben Saqatelyan etiraz qrupunun br neçə koordinatorunu yanına çağıraraq, onlara qarşı şərt irəli sürüb. Şərtə görə etirazçılar yazılı şəkildə boyunlarına öhdəçilik götürməlidirlər ki, əgər bundan sonra da maaşların verilməsi gecikərsə, hər gecikməyə görə cərimələrin də ödənilməsi tələb olunmamalıdır.

Qeyd edək ki, fəhlələrlə zavod arasında bağlanmş əmək müqaviləsinə görə, əgər işçinin maaşı gecikərsə, hər gecikməyə görə 0,15% cərimə əlavə olunur. "Əgər siz bununla razı deyilsinizsə, məhkəməyə müraciət edə bilərsiniz"- deyə, zavod rəhbəri fəhlələrə bildirib. Fəhlələr isə bütün bunlarla razı olmadıqlarını bəyan etməklə yanaşı, sona qədər öz haqları uğrunda mübarizə aparacaqlarını deyiblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə