Aytən Mustafayeva: "Prezidentin toxunduğu məsələlər ölkəmiz üçün olduqca vacibdir" MÜNASİBƏT
"Cənab Prezidentin müşavirədə toxunduğu məsələlərin hər biri ölkəmiz üçün olduqca vacib idi. Bir sıra sahələrdə olan boşluqların aradan qaldırılması üçün verilən tapşırıqların hər biri yenə də Azərbaycan vətəndaşının rifahının yaxşılaşması üçün atılan addımlardan biridir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva deyib.
Millət vəkili qeyd edib ki, ölkəmizdə keçirilən I Avropa Oyunları zamanı bəzi xarici dövlətlərin Azərbaycana qarşı qarayaxma kampaniyaları səngimək bilmirdi: "Onların necə qıcıqlandığını, necə düşmənçiliklə çıxışlar etdiyinin hər birimiz şahidi olduq. Bütün bunlar yalnız onu göstərdi ki, Azərbaycan öz inkişafı ilə bir çoxlarını narahat edir. Azərbaycanın "dostlarının" hansı fikirlər səsləndirməsindən, hansı bəyanatlar verməsindən asılı olmayaraq Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz nəinki Avropa tarixində, dünyada bir ilkə imza atdı. Minlərlə xaricinin gəlib öz gözləri ilə Azərbaycanı görməyi, xalqımızla tanış olması elə bizim ən yaxşı təbliğatımız sayılır. Hər kəs buradakı inkişafı, buradakı demokratiyanı gördü və öz fikirlərini öz ölkəsində sərgilədi. Məgər bu anti-Azərbaycan qüvvələrinə cavab deyilmi? Hesab edirəm ki, bütün keçirilən tədbirlərin kökündə yalnız və yalnız Azərbaycanın dünya arenasında təbliği dayanır".
"Cənab Prezidentin müşavirədəki çıxışı bir daha onu göstərdi ki, Azərbaycanın heç kimə deyil, öz gücünə arxalanır", - deyə qeyd edən Aytən Mustafayeva deyib ki, Azərbaycan heç bir beynəlxalq təşkilatın siyasəti ilə getmir: "Azərbaycan dövləti öz vətəndaşları, əhalisi naminə çalışır, bu istiqamətdə öz siyasətini yürüdür. Dövlətimiz hər bir vətəndaşının hüququnu qoruyur və ona görə də beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, həmin qurumlara üzv olur. Hesab edirəm ki, bu kimi əməkdaşlıqlar bəzi "insan haqları" təşkilatlarının Azərbaycana qarşı qərəzlərinə zəmin yaratmamalıdır. Çünki Cənab Prezidentimiz də dəfələrlə vurğulayıb ki, heç bir xarici qüvvə bizim daxili işlərimizə qarışa bilməz. Azərbaycan öz müstəqil və qətiyyətli siyasətini hər zaman yürüdəcək".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB