Sabir Rüstəmxanlı: “Turizm sektorunda süni qiymət artımı baş alıb gedir” MÜNASİBƏT
"Azərbaycanda turizm sektorunda qiymətlərin baha olması ölkə Prezidentinin də diqqətindən yayınmayıb. Bu baxımdan da Prezident bununla bağlı öz narazılıqlarını dilə gətirərək, aidiyyatı qurumlara tapşırıq verib". Bu fikirləri SİA-ya VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında toxunduğu bir sıra məsələlərə münasibətini açıqlayarkən deyib.
Millət vəkili hesab edir ki, bununla bağlı ciddi addımlar atılmalıdır: "Çünki bu sektorda hərc-mərclik, süni qiymət artımı baş alıb gedir. Kim hansı qiyməti istəyirsə, onu da qoyur. Bu gün əhalinin böyük əksəriyyəti istirahət mərkəzlərindəki qiymətlərdən narazıdır. Yəni real vəziyyət nəzərə alınmadan fantastik qiymətlər qoyulur. Bunlar hamısı nizama salınmalı və bu sahədə olan boşluq tez bir zamanda aradan qaldırılmalıdır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB