Rövşən Rzayev: “Azərbaycan qısa zamanda öz sözünü deyəcək” AÇIQLAMA
"Ümidvaram ki, Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-da keçiriləcək görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa irəliləyişə nail olmaq olacaq". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.
Millət vəkilinin sözlərinə görə, bu görüş çox yaxşı bir görüş kimi yadda qalacaq: "Mən buna inanıram. Düşünürəm ki, bu cür görüşlər bizə ancaq xeyir verə bilər. ABŞ dünyada aparıcı dövlətdir. Azərbaycanla Amerikanın çox yaxşı strateji münasibətləri var. Ona görə də Azərbaycanın bu istiqamətdə fəaliyyət göstərməyinin davamı bizim üçün çox vacibdir".
Ermənistan hərbçilərinin cəbhə xəttində mütəmadi olaraq təxribat törətməsinə də münasibət bildirən R.Rzayev deyib ki, ümumiyyətlə Ermənistan provokativ bir hökumətdir və separatçı bir qurumdur. Onlardan heç bir uğur gözləmək mümkün deyil. Nə qədər ki, separatçı qüvvələr Ermənistanda öz fikirlərini həyata keçirə bilir, erməni xalqına zülm edir onlar heç zaman inkişaf edə bilməyəcəklər. Hesab edirəm ki, Ermənistanda hakimiyyət nə qədər tez dəyişsə bu bir o qədər dünya ictimaiyyətinə öz faydasını vermiş olar. Ermənistan regionda terrora və bu cür əməllərə dəstək verən bir dövlətdir. O ki qaldı Azərbaycan biz qısa zamanda öz sözümüzü deyəcək və ərazi bütövlüyümüzü təmin edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB