Nazir: “İyulun 20-də həmsədrlər rəsmi İrəvanda olacaqlar” MÜNASİBƏT

Nazir: “İyulun 20-də həmsədrlər rəsmi İrəvanda olacaqlar” MÜNASİBƏT

"ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrye (Fransa) və İqor Popov (Rusiya) regiona iyulun 20-də səfər edəcək. İlk olaraq onlar rəsmi İrəvanda olacaqlar. İyulun 21-i isə həmsədrlər Bakıda olacaq. Biz bunu belə planlaşdırırıq". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

XİN rəhbərinin sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar davam etdirilir: "Artıq Azərbaycanın mövqeyi bəllidir. Hamı üçün bəllidir ki, status məsələsi həll olunan bir məsələ deyil. Azərbaycanın mövqeyi konstruktiv baxımından aydındır. Gərək hərbiçilər kənarda qalsın, vətəndaşlar geri qayıtsın, yollar açılsın və s. Biz bunu bərpa etməliyik. Məhz bunun əsasında da danışıqlar aparılır. Ümumiyyətlə həm həmsədrlər, həm də rəsmi Bakı bu istiqamətdə öz addımlarını atır. Bircə qalır ki, Ermənistan tərəfi də bunu qəbul etsin. Təbii ki, bu da gec-tez olacaq. Mən buna heç bir şübhə etmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə