Elmar Məmmədyarov Bako Saakyanın səfərinə münasibət bildirdi AÇIQLAMA

Elmar Məmmədyarov Bako Saakyanın səfərinə münasibət bildirdi AÇIQLAMA

"Dağlıq Qarabağ Respublikası"nın prezidenti Bako Saakyan Londona Ermənsitan pasportu ilə getmişdi. Əlbəttə bu məsələ araşdırılmalıdır ki, nəyə görə ona Ermənistan pasportu ilə viza veriblər". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamsında "Dağlıq Qarabağ Respublikası"nın prezidenti Bako Saakyanın Londona səfərinə münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, hətta Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi Bob Blekman "Dağlıq Qarabağ Respublikası"nın prezidenti Bako Saakyanın Londona səfərini pisləyib: "Ermənistan dövləti özü bir tərəfdən bəyan edir ki, "müstəqildir" amma digər tərəfdən Bako Saakyan Ermənistan pasportundan istifadə edir. Biz bunu bir özəl səfər kimi qiymətləndirə bilərik. Biz səfərə öz etirazımızı bildirmişik. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının nümayəndələri də bununla bağlı öz fikirlərini çatdırmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə