Zahid Oruc: “Senatorların müraciətinin bəlli şəxslər tərəfindən yazıldığını istisna etmirik” AÇIQLAMA

Zahid Oruc: “Senatorların müraciətinin bəlli şəxslər tərəfindən yazıldığını istisna etmirik” AÇIQLAMA

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə, ərazi bütövlüyümüzün bərpasına ən azı Ukrayna hadisələrinə yanaşdıqları kimi yanaşmalı idi. Amma təəssüf olsun ki, bu vaxta qədər bu istiqamətdə ABŞ heç bir müsbət addım atmayıb. İndi də 16 senatın Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlamaları bir daha onu göstərir ki, söhbət heç bir halda elan olunmuş mənəvi prinsiplərdən, demokratik dəyərlərdən getmir, məsələ ABŞ-ın Şərqində formalaşmış məlum lobbi fəaliyyətinin əsas məramlarına dayanır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Millət vəkilinin sözlərinə görə, ABŞ qanunvericiliyi icazə verir ki, notarial qaydada konqresmenlərlə, senatorlarla müqavilə bağlayaraq hər hansı bir ölkənin mənafeyi üçün xidmət göstərmək haqqında əməkdaşlıq sənədləri ortaya gətirə bilirsən: "Yəni lobbiçilik haqqında belə bir hüquqi akt mövcuddur. Belə olan şəraitdə müxtəlif dairələrin rəsmi ödəmələri hesabına ayrı-ayrı qanunvericilər bu cür müraciətlərdə, hansısa qanunvericilik aktları təşəbbüslərində bulunurlar. 1990-cı ilin əvvələrində, bizim demokratiya haqqında illuziyalarla yaşadığımız dövrlərdə hamıda belə qənaət formalaşmışdı ki, Qərb müstəqilliklər məsələsini, ərazi bütövlüyünü, dövlətçilik ənənələrini öndə tutacaq və hər bir beynəlxalq məkanın problemlərində əsasən hüquqi dəyərlərə istinad edəcək. Sonrakı dövrlərdə gördük ki, əksinə SSR-nin dağılması Qərb dairələrinin yolunu açıb və onlar daha böyük qüvvə ilə resurslara can atmağa doğru getməkdədirlər. Ona görə də bu senatorların müraciətinin bəlli şəxslər tərəfindən yazıldığını istisna etmirik. Bu adamlar ermənilərə görə dəfələrlə bəyantlarda iştirak etmiş adamlardır. Bunlar ermənilərlə dostluq qrupunun əsas simaları olduqlarını gizlətmirlər və fəxrlə bunu dilə gətirirlər. Bu onların bir növ işidir. Hesab edirəm ki, bu müraciətin, bu kimi bəyanatların heç bir siyasi dəyəri yoxdur. Azərbaycan hakimiyyəti belə vasitələrlə öz siyasi kursundan geri çəkiləsi deyil".

Zahid Oruc onu da qeyd edib ki, hər bir senator, hər bir konqresmen ABŞ-Azərbaycan münasibətlərini hansı aspektdə, hansı müstəvidə inkişaf elətdirmək lazım olduğunu özü dəyərləndirməlidir: "Bizim tərəfimizdən ABŞ-a qarşı hansısa cəbhə açılmayıb. Əksinə ötən on illər ərzində ABŞ-la əlaqələr çox yaxşı inkişaf edib. Amma Barak Obamanın hakimiyyətə gəlişindən sonra Cənubi Qafqazda ABŞ-ın prioritetləri tamamilə dəyişdi. Əsas maraq obyektləri və onun həyata keçirilmə üsulları büsbütün gerilədi. Sadə bir dillə desək, Obama hakimiyyətinin sona çatmasını gözləmək lazımdır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə