"Yeni Müsavat" qəzetinin rəsmisi Azər Ayxan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Əbülfəz Qurbanlının isefası xəbərinə ironik münasibət bildirib.
Eyni zamanda qəzetin baş redaktoru Rauf Arifoğlunun qardaşı olan Azər Ayxan "facebook"dakı paylaşımında yazıb ki, "Əbülfəzin istefa xəbərini eşidən kimi, qızlar ağlamağa başladı, oğlanlar yeni xəbər öyrənmək üçün küçələrə dağılışdı. Sonra itlər hürüşdü, qarğalar qarıldadı".
Qeyd edək ki, həmin statusa fikir bildirənlərin əksəriyyəti bu ironiyanı dəstəkləyiblər. Rahib Mirələmov adlı istifadəçi sual edib ki, bu, "Əbülfəzin neçənci istefasıdır?"
Adil Adilzadə isə qeyd edib ki, belə getsə "AXCP-də "A" və "X" hərfləri də istefa verəcək".
Azər Ayxanın sosial şəbəkədəki Turan Turan adlı dostu isə Əbülfəz Qurbanlının istefa səbənini açıq şəkildə bəyan etməli olduğunu bildirib: "Əbülfəz bəyin bu addımından sonra atmalı olduğu ən vacib addım istefasının əsil səbəbinin səmimi etiraf etməsidir. Əgər o bunu etməsə, hələ bundan sonra da çox sayda sadəlövh, təcrübəsiz gənclərın Əli Kərimlinin əxlaqsız siyasət bataqlığına düşməsi davam edəcək".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB