Mustafa Hacıbəyli: “Rauf bəy partiyadan çıxsın ki, mən də nəsə deyim” MÜNASİBƏT

Mustafa Hacıbəyli: “Rauf bəy partiyadan çıxsın ki, mən də nəsə deyim” MÜNASİBƏT

"Rauf Arifoğlu Müsavat Partiyasını nə zaman tərk etsə, o zaman buna şərh verərik". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli "Yeni Müsavat" qəzetinin baş redaktoru, eləcə də Müsavat partiyasının funksioneri Rauf Arifoğlunun yaxınlarda partiyadan istefa verəcəyi barədə yayılan fikirləri istisna etməməsinə münasibət bildirərkən deyib.

Məclis üzvü qeyd edib ki, hazırda Rauf Arifoğlu Müsavatda təmsil olunur, ona görə də qəti fikir deyə bilməz: "Mən bununla bağlı əlavə heç nə deyə bilmərəm. Gərək o partiyadan çıxsın ki, mən də öz fikrimi deyim".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə