Vaqif Abışov: “İstefalar davam etdikcə, partiya kiçiləcək” AÇIQLAMA
"Ümumiyyətlə AXCP-də istefaların "tarix"i çoxdan başlayıb". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) humanitar məsələlər üzrə katibi Vaqif Abışov deyib.
BAXCP rəsmisinin sözlərinə görə, hələ vaxtilə Azərbaycancan Milli Azadlıq Hərəkatında aktiv iştirak edən dəyərli insanlar Müsavatdan çoxdan istefa veriblər: "Bir çoxları isə istefa verməkdə davam edir. Təbii ki, bunun da kökü, səbəbi həmin partiyada idarəçilik sisteminin yarıtmaz olması, onun rəhbərinin Qərbin diqtəsi ilə ikili mövqedən çıxış etməsi, pozuculuq fəaliyyəti və s. bağlıdır. Bütün bu səbəblər üzündən AXCP-də istefalar davam edir. AXCP sədrinin müavini Əbülfəz Qurbanlının da partiyadan istefa verməsi buna bariz sübutdur. Qurumun tərkibində istər rəhbər heyətində, istərsə də məclis səviyyəsində elə bir çəkili şəxslər qalmayıb. Hamısı oradan uzaqlaşıb. Çünki onlar Əli Kərimlinin apardığı siyasi xətti, kursu qəbul etmirlər. Bu istefalar davam etdikcə, partiya daha da kiçiləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB