Üzeyir Cəfərov: “Ermənistan haqqın yoluna qayıtmaq istəmir” AÇIQLAMA

Üzeyir Cəfərov: “Ermənistan haqqın yoluna qayıtmaq istəmir” AÇIQLAMA

"Ümumiyyətlə son günlər Ermənitanda vəziyyət daha kəskin hal alıb. Hətta belə bir el deyimi var ki, Keçinin ölümü gələndə başını çobanın çomağına sürtər". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov Ermənsitan hərbiçiləri tərəfindən mütəmadi olaraq cəbhə xəttində törədilən təxribatlara münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, artıq rəsmi İrəvan narahatdır ki, Azərbaycan öz ərazi bütövlüyününü bərpa etmək üçün lazım olan bütün addımları atacaq: "Onlar haqqın yoluna qayıtmaq istəmirlər. Bu şəxslər sadəcə olaraq boş-boş xülyalarla yaşayırlar. Amma Ermənistan başa düşmür ki, zaman onların əleyhinə işləyir. Bu gün Azərbaycanın hərbi cəhətdən güclü olması ona imkan verir ki, torpaqlarını tez bir zamanda düşməndən azad etsin. Biz tez bir zamanda öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Ü.Cəfərov əlavə edib ki, nə qədərki bu hadisələr ermənilər tərəfindən davam edəcək, onlar öz layiq olduğu cəzanı da alacaqlar: "Bizim Ermənistanın ərazisi ilə bağlı heç bir iddiamız yoxdur. Yəni Ermənistanın daxilində olan vəziyyət onu deməyə əsas verir ki, əgər Sarkisyan rejimi müəyyən çabalar göstərsə yəqinki onların havadarları tərəfindən müəyyən qərar veriləcək. Düşünmürəm ki, idarə olunan Ermənistanla bağlı Moskva qərar qəbul edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə