"Rus milyarderinin ərazilərimizi tərk etməsi tələb olunmalıdır" AÇIQLAMA

"Rus milyarderinin ərazilərimizi tərk etməsi tələb olunmalıdır" AÇIQLAMA

"Rus milyarderi German Sterliqovun Azərbaycanın işğal olunmuş və beynəlxalq qanunların işləmədiyi ərazilərində peyda olması mətbuatda ajiotaj yaratmasına baxmayaraq, bu transferi bəzi rus, erməni və rusiyameyilli Azərbaycan KİV - ləri "milyarderin şəxsi təşəbbüsü", "ağlını itirmiş milyarderin kaprizi" və ya "Qarabağın gözəlliyinə aşiq olan romantik insan " kimi qələmə verməyə çalışıblar". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.

"Dağlıq Qarabağın rus işğalında olmasını geniş təhlillə verməyə ehtiyac görmədiyim üçün onu deyə bilərəm ki, rəsmi İrəvanın və işğal altında olan Qarabağın iqtisadi durumunun acınacaqlı zamanında Rusiya hakimiyyəti Ermənistan iqtisadiyyatına 200 milyon dollar ayırsa da, işğal altında olan ərazilərimizdə cəmləşən separatçılara rəsmi olaraq dəstək verə bilmədiyi səbəbindən bu oyunu oynamaq qərarına gəlib: "Separatçı rejimə dəstək məqsədilə kənd təsərrüfatı sahəsində böyük təcrübəsi olan German Sterliqovu dəli, başdanxarab və hakimiyyətlə problemləri olan qaçaq kimi təqdim edərək məqsədlərini gizlətməyə çalışırlar. Hər kəsə məlumdur ki, Dağlıq Qarabağ ərazisinə quş da keçə bilməz. Rusiya hərbiçilərinin nəzarətində olan keçid məntəqələrinin ciddi yoxlanılması ilə yanaşı, əraziyə buraxılış sənədlərini də almaq lazım gəlir. Bu sənədlər isə yalnız Moskvanın razılığı ilə verilə bilər. Ona görə də Azərbaycan xarici siyasət idarəsi bu hadisəni qətiyyətlə pisləyən bəyanat verməklə yanaşı, rus milyarderinin ərazilərimizi təcili olaraq tərk etməsini tələb etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə