Elçin Axundzadə: “Sarkisyan istefa etməyə vadar olacaq" AÇIQLAMA

Elçin Axundzadə: “Sarkisyan istefa etməyə vadar olacaq" AÇIQLAMA
"Ermənistandakı son proseslər, iğtişaşlar, mitinqlər birmənalı olaraq Rusiyaya qarşı yönəlib. Xaotik vəziyyəti yaradan bəzi qüvvələr beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilib və təşkilatlandırılıb. Bu qüvvələr vəziyyəti daha da gərginləşdirməyə çalışırlar". Bu fikirləri SİA-ya Güclü Azərbaycan Naminə İctimai Birliyinin sədri, politoloq Elçin Axundzadə açıqlamasında deyib.

Politoloq qeyd edib ki, bəzi beynəlxalq təşkilatların işi məhz ölkələrdə sabitliyi pozmaq və qarşıdurma yaratmaqdır: "Bu baxımdan da hesab edirəm ki, mitinqlər davamlı xarakter daşısa Serj Sarkisyan istefa etməyə vadar olacaq. Ermənistanda heç vaxt hakimiyyət, xalq birliyi olmayıb və bundan sonra da olmayacaq. Digər bir tərəfdən Xocalı qətliamında birbaşa əli olan Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışacağı isə şübhəli məqamlardandır. Çünki bu insan ölkəsində baş verən proseslərə yönələn fikirləri başqa səmtə, yəni cəbhə xəttinə çəkmək üçün min bir oyuna əl atır. Amma Azərbaycanın qüdrətli ordusu, ayıq-sayıq əsgərləri bütün cəhdlərin qarşısını alaraq onların layiqli cavabını verirlər. İnanırıq ki, bundan sonra da düşmən ölkənin bütün cəhdlərinin qarşısı alınacaq. Düşünürüəm ki, Ermənistanda hazırkı iqtidarının zamanı artıq bitmək üzrədir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə