Əbülfəz Qurbanlı da Əli Kərimlini tərk etdi

Əbülfəz Qurbanlı da Əli Kərimlini tərk etdi
AXCP sədrinin müavini Əbülfəz Qurbanlının partiyadan istefa verməsi ilə bağlı sosial şəbəkədə status paylaşıb. SİA-nın məlumatına görə, statusda qeyd edilib ki, bacardıqlarını gerçəkləşdirməyə olan maneələrə var. Ona görə də istefa verirəm. Statusu olduğu kimi sizlərə təqdim edirik.

"Dostlar, dərin bağlı olduğum AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi- ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var. Bundan sonra davam edənlərə uğurlar arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə