"Ermənistanda daxili siyasətdə gərginlik yaranan kimi, onlar bütün diqqətlərini cəbhəyə yönəldirlər". Bunu SİA-ya politoloq Elşən Musayev cəbhə xəttində mütəmadi olaraq davam edən erməni təxribatına münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, heç kimə sirr deyil ki, bu gün Ermənistanda Serj Sarkisyan əleyhinə kütləvi mitinqlər davam etməkdədir: "Artıq vəziyyət elə bir həddə çatıb ki, orada hər an dövlət çevrilişi baş verə bilər. Sarkisyan bir tək öz ağlı ilə deyil, həm də ona dəstək olan qüvvələrin diqtəsi ilə bu cür addım atıb. Biz bu gün sülhün tərəfdarıyıq və sülh istəyirik. Dünyəvi dövlətik, dünyəvi dəyərlərlə yaşayırıq və ölkəmizdə insan hüquqlarına hörmət edilir. Amma görünən odur ki, belə getsə Azərbaycan müharibəsiz keçinə bilməyəcək. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə öz fikirlərində dolğun və sərrast şəkildə ifadə edib ki, Azərbaycan müharibə variantını heç bir zaman istisna etmir. Azərbaycan dövləti bir addımda irəli gedərək torpaqlarını geri qaytarmaq üçün müharibə varinatından başqa alternativ görmür. Ümumiyyətlə müharibə qaçılmaz olmalıdır və hər an başlaya bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB