"Minsk qrupunda Ermənistana dəstək verən ölkələr çoxdur” AÇIQLAMA

"Minsk qrupunda Ermənistana dəstək verən ölkələr çoxdur” AÇIQLAMA

"Ümumiyyətlə italiyalı deputat Roberto Montellanın ATƏT Parlament Assambleyasının (ATƏT PA) yeni baş katibi seçilməsi o demək deyil ki, ATƏT-də format dəyişir". Bunu SİA-ya millət vəkili Aytən Mustafayeva deyib.

Millət vəkili Azərbaycanın xeyrinə məsələlərin həllini yalnız Azərbaycana Avropanın böyük ölkələrinin münasibətinin dəyişilməsində görür: "Baxmayaraq ki, Azərbaycan tərəfindən enerji resursları, layihələrlə bağlı Avropaya yardımlar olunacaq amma bütün bunlara rəğmən ölkəmizə qarşı siyasi baxımdan mənfi münasibət görürük. ATƏT-in strukturuna gəldikdə isə düşünürəm ki, orada və ciddi beynəlxalq qurumlarda dəyişikliklər olmalıdır. Nə vaxta kimi beynəlxalq qurumlar böyük dövlətlərin maliyyə dəstəyindən, fikrindən asılıdırlar amma mən onların ədaləti qərar çıxarmalarına heç cürə inamıram. Həmçinin də bu, ATƏT-in Minsk qrupunun fəaliyyətinə aiddir".

A.Mustafayeva əlavə edib ki, Minsk qrupunun üzvləri eyni tərkibdə qaldıqca, inanmıram ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa irəliləyiş olsun: "Erməni tərəfdarları olan, Ermənistana dəstək verən ölkələr Minsk qrupunda çoxluq təşkil edir. Təbii ki, Minsk qrupunun fəaliyyəti də ATƏT-in növbəti uğursuzluqlarından biridir".

Qeyd edək ki, ATƏT Parlament Assambleyasının (ATƏT PA) Finlandiyanın paytaxtı Helsinkidə keçirilən yay sessiyası çərçivəsində quruma yeni baş katib seçilib. İtaliyalı deputat Roberto Montella yeni baş katib olub. Montella vəzifəsinin icrasına 2016-cı il yanvar ayının 1-dən başlayacaq. Hazırkı baş katib Oliver Spenseri 2015-ci ilin sonunda vəzifəsindən gedəcək. ATƏT PA-nın baş katibi 5 il müddətində tutduğu vəzifəni icra edir.

Bütün xəbərlər Facebook səhifəmizdə