"Bu il keçiriləcək parlament seçkilərində namizədliyimi irəli sürməyi düşünürəm. Təmsil olunduğum partiyanın məni və ətrafımdakıları dəstəkləyib dəstəkləməyəcəkləri isə onların verəcəyi qərardır". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat partiyasının keçmiş divan üzvü Tural Abbaslı deyib.
Tural Abbaslı qeyd edib ki, seçkilərə yeni siyasi simalardan ibarət gənclərin bloku şəkilində gedəcək: "Çünki insanlar artıq eyni simalardan və eyni vədlərdən yorulub, ən əsası isə hazırkı müxalifətə inam itib. Odur ki, yeni simaların siyasi səhnəyə təqdimatına başlamağın zamanı olduğunu düşünürük. Təmsil olunduğum partiyada kimlərinsə mənim namizədliyimə mane olmaq imkanları məhduddur. Konkret Müsavat partiyasına gəldikdə, mən partiya rəhbərliyinə namizəd olacağım dairə barədə məlumat vermişəm. Bu barədə heç bir narahatlığımız yoxdur. Kimlərsə mənə qarşı çıxa da bilər, çıxmaya da bilər. Belələrinin varlığından məlumatsızam. Əgər gələcəkdə mənə qarşı hər hansı bir təzyiq olacaqsa yəqin ki, zamanına uyğun addımlar atılacaq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB