Vyanada İranla "altılıq" ölkələri arasında dünən növbəti nüvə müzakirələri baş tutub. SİA xəbər verir ki, nüvə müzakirələrinin sona çatmasına bir gün qalmış dünən Almaniya və Birləşmiş Millətlər Təşkilatının (BMT) beş daimi üzvü ABŞ, Rusiya, Çin, İngiltərə, Fransanın meydana gətirdiyi "altlq" ölkələri ilə İranın xarici işlər nazirləri, Avstriyanın paytaxtı Vyanada yenidən bir araya gəliblər. 10 gündür davam edən danışıqlara Avropa Birliyinin səlahiyyətli nümayəndələri də qatılıblar. Dünyanın güc dövlətləri sanksiyaların qaldırılması qarşılığında İranın nüvə proqramını atom bombası əldə edə bilməyəcək səviyyəyə gətirilməsini tələb etsələr də, İran nüvə proqramının tamamilə sülhə hesablandığını və sanksiyaların aradan qaldırılmasını dilə gətirib. Müzakirələrdən sonra bu gün yekun razılaşma olacaq ki, bununla bağlı müxtəlif versiyalar səslənir. ABŞ xarici işlər naziri Con Kerry bu gün razılıq əldə edilmədiyi halda masanı tərk edəcəklərini deyib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB