Nəsimi Paşayev: “Avtovağzal” metro stansiyasınını açılışı hələ bilinmir” AÇIQLAMA

Nəsimi Paşayev: “Avtovağzal” metro stansiyasınını açılışı hələ bilinmir” AÇIQLAMA

"Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində inşa olunan metro stansiyasında işlər davam edir". Bunu SİA-ya Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəhbərinin sözlərinə görə, işlər yavaş-yavaş getdiyindən metro stansiyasının nə vaxt istifadəyə veriləcəyi məlum deyil: "Çünki dəqiq tarix hələ ki, bilinmir. İşlərin yavaş-yavaş getməsi isə müəyyən məsələlərə görədir".

Bütün xəbərlər Facebook səhifəmizdə