İrəvandakı aksiyada jurnalist həbs olunub "POLİS TƏXRİBAT EDİR"

İrəvandakı aksiyada jurnalist həbs olunub "POLİS TƏXRİBAT EDİR"

İrəvanın Baqramyan prospektində polis gücləri tərəfindən etirazçılara qarşı aparılan təmizləmə əməliyyatları zamanı jurnalistlərə qarşı da təzyiqlər baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat nəticəsində "armenian today" agentliyinin jurnalisti Argişti Kiviryan da saxlanılıb. Jurnalistin özü də telefon vasitəsilə bildirib ki, polisin mərkəzi şöbəsində saxlanılır. Media işçisi qeyd edib ki, polis saxlanılanlara qarşı həyasızcasına davranır və təxribat törətməyə çalışır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə