Maliyyə nazirinin adı bəlli oldu
Almaniyanın nüfuzlu qəzetlərindən biri olan "Bild" qəzeti Yunanıstanın maliyyə naziri Yanis Varoufakinin yerinə Euclid Tsakalotosun gətiriləcəyini yayımlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Euclid Tsakalotosun yeni maliyyə naziri postuna namizədliyini ən çox dəstəkləyən adlar siyahısında baş nazir Aleksis Çiprasın adı çəkilir.

Qeyd edək ki, Yunanıstanda referendumdan sonra Maliyyə naziri Yanis Varoufaki öz Twitter hesabında "Artıq Nazir deyiləm! (Minister No More!)" yazaraq istefa etdiyini bildirib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə