Qabil Hüseynli: “ABŞ Türkiyənin Suriya ərazisinə girməsini istəmir” AÇIQLAMA

"Ümumiyyətlə rəsmi Ankara Suriyaya daxil olmağı fikirləşir. Çünki Türkiyənin Şimalında İraqın Şimalında olduğu kimi, kürd dövlətinin yaradılması ehtimalı var". Bunu SİA-ya politoloq Qabil Hüseynli Türkiyənin Suriyaya ordu yeritməsinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, təəssüf ki, kürd dövlətinin yaradılması prosesinə ABŞ müəyyən dəstək verir: "Məhz bu səbəbdəndir ki, ABŞ-Türkiyə arasında çox ciddi danışıqlar gedir. Amerika Türkiyənin Suriya ərazisinə girməsini istəmir. Guya bu, "İŞİD"lə bağlı mübarizəyə zərər vura bilər. Amma Türkiyə artıq qoşunlarını yığıb və təxminən 30 kilometrlik "tanpon" zonası yaratmaq istəyir. Hər şey hazırdır və istənilən an bu, baş verə bilər. ABŞ isə hələ ki, Türkiyəni bu fikirdən çəkindirməyə çalışır. Ümumiyyətlə düşünürəm ki, Türkiyə gələcəkdə böyük bəlalarla qarşılaşmamaq üçün Amerika ilə dil tapıb Suriya ərazisində kürd dövlətinin yaranmasının qarşısını almalıdır. Bu, başqa cür ola bilməz. Çünki bunun ardınca başqa-başqa məsələlər ortaya çıxacaq. Çox təəssüf ki, bu məsələyə ABŞ-la yanaşı, İsrail dövləti də dəstək olur".

Bütün xəbərlər Facebook səhifəmizdə