YAP rəsmisi: “Seçki qərargahlarının yaradılması prosesi gedir” AÇIQLAMA

YAP rəsmisi: “Seçki qərargahlarının yaradılması prosesi gedir” AÇIQLAMA

"Yeni Azərbaycan Partiyasının (YAP) Parlament seçkilərinə hazırlıq prosesi davam edir. Bu, mərhələli şəkildə olan hazırlıq prosesidir". Bunu SİA- ya YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hakim partiyanın Parlament seçkilərinə hazırlıq prosesi haqqında danışarkən deyib.

YAP İcra katibinin müavininin sözlərinə görə, hazırda yerlərdə seçki qərargahlarının yaradılması və ora nümayəndələrin seçilməsi prosesi gedir: "Bundan sonra onlara treninqlər keçiriləcək. O cümlədən imza toplayacaq şəxslər və digər dairə ərazisində olan məsələlər aydınlaşdırılır. Həmçinin seçicilərin xüsusiyyətinin öyrənilməsi prosesi gedir. Eləcə də hər dairə üzrə seçicilər müxtəlif formatlarda yəni, siyasi baxışları hansı partiyanın üzvü olması, yaşı, məşğuliyyəti və digər məsələlər aydınlaşdırılır. Hesab edirik ki, avqust ayının əvvəllərinə qədər biz bu prosesləri tamamilə yekunlaşdıracağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə