Xələf Xələfov İftar süfrəsi açıb FOTOLAR

Xələf Xələfov İftar süfrəsi açıb FOTOLAR

Azərbaycan Xarici İşlər Nazirliyi adından nazir müavini Xələf Xələfov müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini İftar məclisinə dəvət edib. XİN-dən SİA-ya verilən məlumata görə, Xələf Xələfov Azərbaycanin İslam aləminin ayrılmaz hissəsi olaraq müsəlman ölkələri ilə hərtərəfli əlaqələrin inkişafina əhəmiyyət verdiyini qeyd edib. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli müstəvidə siyasi, iqtisadi və mədəni sahədə əməkdaşlığın gündən-günə dərinləşdiyini vurğulayıb.

Xələf Xələfov Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin yüksələn xətlə inkisaf etdiyini qeyd edərək, ölkəmizin təşkilatın fəal üzvü kimi üzv dövlətlər arasındakı həmrəyliyin daha da gücləndirilməsi üçün çalışdığını bildirib.

Görüşdə Ermənistan - Azərbaycan Daglıq Qarabağ münaqişəsinə toxunan nazir müavini, münaqişənin həlli işində Azərbaycanın mövqeyinin müsəlman ölkələri tərəfindən dəstəkləndiyini, İslam əməkdaşlıq Təşkilatının dəfələrlə münaqişə ilə bağlı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etdiyini vurğulayaraq, bu dəstəyə görə təşkilata üzv olan ölkələrə bir daha təsəkkürünü bildirib.

Xələf Xələfov müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinə fəaliyyətlərində uğurlar arzu edərək, müqəddəs ayda xalqlarına və hökümətlərinə rifah, xoşbəxtlik və inkişaf arzularını çatdırıb.

Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri adından çıxış edən Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami İftar məclisinin təşkil olunmasından məmnunluq duyduqlarını qeyd edərək həmkarları adından təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə