YAP rəsmisi: "Namizədlərinin siyahısı hazır olsa belə, açıqlamayacağıq"
"Yeni Azərbaycan Partiyasının parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı hazır olsa belə, açıqlamayacağıq. Çünki bunun elan olunma zamanı var. Bu, seçki prosesinə müəyyən zaman qalmış açıqlanacaq". SİA-nın xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O qeyd edib ki, YAP bu il keçiriləcək parlament seçkilərində bütün dairələr üzrə namizəd irəli sürəcək.
S.Novruzov bildirib ki, hazırda rayon və şəhər seçki qərargahlarının yaradılması və texniki təchizat prosesləri gedir: "YAP-ın seçki taktikası var, buna uyğun olaraq, seçkiyə hazırlaşırıq. Növbəti işimiz treninqlərin keçirilməsini və sənədləşmə prosesini həll etmək olacaq".(report)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB