Aydın Hüseynov: “Onlar həm siyasətdə, həm də idmanda Azərbaycana məğlub oldular” MÖVQE

Aydın Hüseynov: “Onlar həm siyasətdə, həm də idmanda Azərbaycana məğlub oldular” MÖVQE

""Bakı 2015" ilk Avropa Oyunlarında bütün təşkilati işlər ən yüksək standartlara cavab verdi. Bu, yalnız Avropa qitəsinə deyil, eləcə də dünyaya bir sübut idi ki, Azərbaycan öz gücü və qüdrəti, xalqın marağını təmin edən siyasi konteksti ilə daha böyük tədbirlərə hazır olduğunu təsdiqlədi". Sözügedən fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İqtisadi məsələlər komissiyasının sədr müavni, partiyanın Qaradağ rayon təşkilatının sədri, Siyasi Şura üzvü Aydın Hüseynov radikal müxlaifət təmsilçilərinin apardığı "qara piar" kampaniyası ilə bağlı fikir bildirərkən deyib.

A.Hüseynov bildirib ki, bütün bu kimi amillərin arxasında paxıllıqla yanaşı, həm də xarici dairələrin maraqlarının təmin olunmaması faktorları dayanıb: "Çünki həmin dairələr hələ Oyunlardan bir neçə gün əvvəl öz maraqlarını Azərbaycanda diktə etməyə çalşdılar. Ancaq müstəqil siyasət yürüdən Azərbaycanda bu cür addımlar keçərli deyil. Prezident İlham Əliyev cənabları dəfələrlə vurğullamışdı ki, heç bir qüvvə bizə diktə edə bilməz. Onların cavabları sərt və yerindəcə veriləcək. Bəli, biz bunun şahidi olduq. Şahidi olduq ki, Azərbaycan dövləti öz xalqına güvənərək, xalqın həmişəki dəstəyinə güvənərək ilk Avropa Oyunlarını keçirdi və qələbə qazandı. Yerdə qalanlar isə, yəni bundan xoflananlar, xarici ermənipərəst dairələr, təşkilatlar hazırda uduzduqlarının fərqinə varmağa başlayıblar. Bu səbəbdən də artıq tarixə çevrilmiş I Avropa Oyunlalrının nəticələri barədə özlərinin yalan-palan, lüzumsuz düşüncələrini önə çəkirlər. Ancaq yanırlar. Hətta deyərdim ki, bu gün "Milli Şura", AXCP, Müsavat kimi partiyalar özlərini yandırmaqla, siyasi intiharla məşğuldurlar. Onlar nə qədər bu dövlətə, bu xalqa xəyanət edib, erməniyə satqınçılıq etsələr, bir o qədər də intihar edib özlərini məhvə doğru sürükləyəcəklər. Bu baxımdan, belələri barədə danışmağa ehtiyac da qalmır".

Aydın Hüseynov bildirib ki, rekord bir müddətə - cəmi 30 ay ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə I Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə həyata keçirilən təşkilatçılıq tədbirləri nəticəsində Oyunlarıın keçrilməsi üçün lazım olan idman arenaları və bütün infrastrukturlar ən yüksək səviyyədə hazırlanıb yarış iştirakçılarının istifadəsinə verildi: "Oyunlara hazırlıq prosesində ən mühüm məsələlərdən biri isə yarışların keçirildiyi müddətdə idmançıların, ölkəmizə gələn qonaqların, turistlərin, ümumilkdə bu möhtəşəm idman bayramının təhlükəsizliyini təmin etməkdən ibarət idi. Bu işdə çoxminlik könüllülər ordusunun gördüyü işlər həqiqətən də bir möcüzə idi. Onlar öz işlərinin öhdəsindən layiqincə gəlməyi bacardılar. Bəli, bu həm də Azərbaycan gəncliyinin potensialının göstəricisi və qələbəsi oldu. Çünki "Bakı 2015" Avropa Oyunları Təşkilat Komitəsinin üzvləri kimi qarşılarında qoyulan vəzifələri ən yüksək səviyyədə həll edə bildilər".

YAP rəsmisi son olaraq vurğulayıb ki, uzun illər müstəqil Azərbaycan siyasətinə qarşı çıxan qüvvələr, xüsusilə Qərbi Avropa dövlətlərinin siyasi dairələri siyasətdə olduğu kimi, idmanda da bizə – Azərbaycana uduzdular. Məncə, bu qələbəmiz bizi gələcəkdə daha böyük uğur və nailiyyətlərə doğru aparacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə