Elçin Mirzəbəyli: “Ermənistan Rusiya üçün bir forpostdur” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Ermənistan Rusiya üçün bir forpostdur” AÇIQLAMA

"Ermənistan Rusiyanın hərbi siyasi müttəfiqidir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli Rusiyanın Ermənistan ordusuna maliyyə yardımı etməsinə münasibət bildirərkən deyib.

Siyasi şərhçinin sözlərinə görə, Rusiya bu ölkəyə bütün sahələrdə mütəmadi olaraq yardımlar edir: "Şübhəsiz ki, atılan hər bir addım bilavasitə Ermənistanın himayəsi kimi dəyərləndirilməlidir. Amma bu himayə ona görə deyil ki, Rusiya müttəfiqlik öhdəliklərinə uyğun şəkildə addım atmağı sevən bir dövlətdir və öz müttəfiqləri ilə münasibətlərdə səmimidir. Ermənistan Rusiya üçün bir forpostdur. Ermənistan vasitəsilə yaradılmış münaqişələr Rusiyanın Cənubi Qafqazda öz nəzarətini qorumaq, saxlamaq üçün vasitədir. Ermənistan o zamana kimi Rusiyaya lazım olacaq ki, işğalçı ölkə bu missiyanı yerinə yetirir. Təbii ki, sözügedən bu missiya da Ermənistanın özünə lazımdır. Himayə deyəndə əslində bu müstəvidə dəyərləndirmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə